SON DƏQİQƏ
» » Malidə BMT sülhməramlılarının bazasına hücum olub

Malidə BMT sülhməramlılarının bazasına hücum olub

Tarix:

15-04-2018, 20:26

/ 10 235 dəfə oxundu.
Malidə BMT sülhməramlılarının bazasına hücum olub

Bu gün Malidə silahlılar BMT sülhməramlılarının bazasına hücum edib.

Gunaz.az xəbər verir ki, Bu barədə BMT-nin Malidə sülhyaratma əməliyyatının (MINUSMA) “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yerləşdirilib.

BMT sülhməramlılarının Timbuktu şəhərindəki bazasına hücum bomba yüklü avtomobilin partladılması və minaatanlarla atəşdən sonra başlayıb. Silahlılarla sülhməramlılar arasında atışma olub. Nəticədə bir sülhməramlı ölüb, 10 sülhməramlı yaralanıb. Hazırda vəziyyət nəzarət altındadır.

“Reuters” agentliyi isə Mali hakimiyyətinə istinadən silahlıların Fransa hərbi bazasına da hücum etdiyi barədə məlumat yayıb.(APA)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ