SON DƏQİQƏ
» » Ermənistan böyük toqquşmalar ərəfəsində - müxalifət radio binasını ələ keçirdi (FOTOLAR+VİDEO)

Ermənistan böyük toqquşmalar ərəfəsində - müxalifət radio binasını ələ keçirdi (FOTOLAR+VİDEO)

Tarix:

14-04-2018, 21:16

/ 10 277 dəfə oxundu.
Ermənistan böyük toqquşmalar ərəfəsində - müxalifət radio binasını ələ keçirdi (FOTOLAR+VİDEO)

 

Bu gün Ermənistan paytaxtında gərginliklər yaşanıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, etiraz yürüşü keçirən müxalifət qüvvələri ölkənin İctimai Radiosunun binasını ələ keçirib.

N.Paşinyan və tərəfdarlarının hərəkətləri ilə bağlı Ermənistan polisinin rəsmi məlumatı yayılıb. Məlumatda bildirilir ki, Paşinyan və tərəfdarları açıq-aşkar cinayət məsuliyyəti yaradan qanun pozuntusuna yol verib. Məlumatda qeyd olunduğuna görə, müxalifətçilər radio binasının polis tərəfindən mühafizə olunmasına əhəmiyyət vermədən radiokampaniyanın otaqlarından birinin bağlı qapısını qırıb içəri daxil olublar. Polisin tələblərinə baxmayaraq, Paşinyan və aksiyanın digər təşkilatçıları tələbə əməl etməyiblər. Üstəlik, N.Paşinyan ona canlı efir verilməsini tələb edib.

Son olaraq erməni mediası xəbər yayıb ki, “Vətəndaş müqaviləsi” partiyasının lideri, deputat Nikol Paşinyan radio ilə xalqa müraciət etdikdən sonra tərəfdarları ilə birgə binanı tərk edib. Bundan sonra aksiya yürüş şəklində İrəvan küçələrində davam etdirilib.

Qeyd edək ki, aksiyalar Serj Sərkisyanın baş nazir postuna rəsmən namizədliyinin irəli sürülməsindən sonra başlanıb.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ