SON DƏQİQƏ
» » İstanbulda dünyanın ən böyük məscidi tikilib

İstanbulda dünyanın ən böyük məscidi tikilib

Tarix:

11-04-2018, 20:39

/ 10 293 dəfə oxundu.
İstanbulda dünyanın ən böyük məscidi tikilib

Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük məscidi tikilib.

Gunaz.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Çamlıca” ibadət ocağı Ramazan ayında (mayın 15-dən iyunun 14-dək) açılacaq.

Məlumata görə, məscidin tikinti işləri artıq başa çatıb və hazırda son tamamlama işləri gedir.

Qeyd edək ki, məscidin sahəsi on beş min kvadrat metrdir. “Çamlıca”da eyni vaxtda 50 minə qədər insan ibadət edə biləcək.

Altı minarənin dördünün hündürlüyü 107,1 metr, ikisi isə 90 metrdir. Məscidin yaxınlığında qalereya, kitabxana və konfrans salonunun da yerləşəcəyi mədəniyyət mərkəzinin açılması da planlaşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ