SON DƏQİQƏ

Rüşvət alan 13 müəllim həbs edildi

Tarix:

10-04-2018, 19:20

/ 10 263 dəfə oxundu.
Rüşvət alan 13 müəllim həbs edildi

Rusiyanın Volqoqrad şəhərində özəl ali təhsil müəssisəsinin dekan və müəllimləri polis tərəfindən saxlanılıb.

Gunaz.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən bir neçə il müddətində şübhəli şəxslər tələbələrdən sessiya zamanı yaxşı qiymət qarşılığında pul alıblar. Axtarışdan sonra 13 nəfər saxlanılıb. Məlum olub ki, cinayət şəbəkələşməsinin təşkilatçısı hüquq fakültəsinin dekanıdır. İstintaq 100-ə yaxın cinayət epizodunu qeydə alıb.

Müəllimlərin evlərində axtarış zamanı bank kartları, qiymət kitabçaları və digər sənədlər götürülüb. Cinayət iştirakçılarını 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ