SON DƏQİQƏ

İrandan TƏHDİD: İsrailə cavab veriləcək

Tarix:

10-04-2018, 17:30

/ 10 253 dəfə oxundu.
İrandan TƏHDİD: İsrailə cavab veriləcək

İsrail Suriyanın hökumət güclərinə aid təyyarə bazasına raket hücumuna görə cavab verməli olacaq.

Gunaz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın ali dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti bildirib.

Xatırladaq ki, bazar ertəsi İsrailin Hərbi Hava Qüvvələri Tifor təyyarə bazasına raket zərbələri endirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr iki “F-15” qırıcısı tərəfindən endirilib. Raketlərdən 3-ü hədəfə dəyib, 5-i isə Suriyanın hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində İranın bir neçə hərbi məsləhətçisi həlak olub.

Tehran hücumu Suriyanın müstəqilliyin və bütün beynəlxalq normaların pozulması adlandırıb.

скачать dle 12.1

Şərhlər