SON DƏQİQƏ
» » Rus politoloq: Putinin Ankara səfəri Qərbin xoşuna gəlməyib

Rus politoloq: Putinin Ankara səfəri Qərbin xoşuna gəlməyib

Tarix:

8-04-2018, 23:01

/ 10 332 dəfə oxundu.
Rus politoloq: Putinin Ankara səfəri Qərbin xoşuna gəlməyib

Rusiyalı siyasi analitik və yazar Nikolay Starikov Türkiyəyə terror xəbərdarlığı ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Rusiyanın NTV kanalının "Mesto Vstreçi" (Görüş Yeri) adlı canlı proqramda danışan rus politoloq bildirib ki, Vladimir Putinin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi Qərbin xoşuna gəlməyə bilər. Buna görə də yaxın zamanlarda Türkiyədə terror hadisələrinin olacağı istisna edilmir.

"Qərb bizimlə danışmaq istəmir. Qapılarını bağlayıb. Fəqət Türkiyə qapılarını açıb və biz də ora gedirik. Ancaq demək lazımdır ki, Qərb bundan sonra Türkiyə üzərində təzyiqlərini artıracaq. Bu səbəbdən də yaxın zamanlarda mən Türkiyədə terror hadisələrinin olacağını düşünürəm", – deyə o bildirib.

скачать dle 12.1

Şərhlər