SON DƏQİQƏ
» » Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham etdi

Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham etdi

Tarix:

7-04-2018, 23:50

/ 10 248 dəfə oxundu.
Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib.

Trend-in məlumatına görə, Ərdoğan Fransa prezidentinin PYD nümayəndə heyəti ilə görüşünü xatırladaraq bildirib: "Siz terrorçulara dəstək verirsiz və sonra onları Yelisey Sarayında qəbul edirsiz. Almaniyada olanları görürsünüz? Bunlar Fransanı da gözləyə bilər. Qərb nə qədər çox terrorçuları dəstəkləyəcəksə, bu ölkələrdə terror fəaliyyətinin nəticələri o qədər böyük olacaq".

Ərdoğanın sözlərinə görə, son məlumatlara əsasən, Suriyanın Afrin bölgəsində 4 min terrorçu zərərsizləşdirilib: "Bu rəqəmə Türkiyənin daxilində və İraqın şimalında zərərsizləşdirilən terrorçuları əlavə etsək, göstərici 4200-4300-ə çatacaq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ