SON DƏQİQƏ
» » Rusiya ABŞ-ın dağıtdığı ərazilərin fotosunu yaydı –Foto

Rusiya ABŞ-ın dağıtdığı ərazilərin fotosunu yaydı –Foto

Tarix:

7-04-2018, 23:33

/ 10 249 dəfə oxundu.
Rusiya ABŞ-ın dağıtdığı ərazilərin fotosunu yaydı –Foto

Rusiya Müdafiə Nazirliyi ABŞ rəhbərliyi altında koalisiya qüvvələrinin Suriyanın Rakka şəhərinə təşkil etdiyi hava hücumu nəticəsində meydana gələn dağıntıların görüntüsünü yayımlayıb.

Gunaz.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Yaşayış məkanlarının dağıdılmasını təsdiq edən fotolarda məscidlərin, xəstəxanaların və məktəblərin də bombalanması əks olunub.

Məlumatda o da qeyd edilib ki, Rakkada vəziyyət olduqca qarmaqarışıqdır və insanlar üçün nəzərdə tutulan humanitar yardımın çatdırılması çətinləşib.

Hər həftə mina partlaması nəticəsində 30 nəfərin həyatını itirdiyini qeyd edən nazirlik 2017-ci ilin oktyabrından 2018-ci ilin martına qədər minanın partlaması səbəbindən ölkədə 130 nəfərin öldüyünü, 658 nəfərin isə yaralandığını bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ