SON DƏQİQƏ

Rusiyalı səfir Boris Consona nota göndərib

Tarix:

7-04-2018, 21:49

/ 10 271 dəfə oxundu.
Rusiyalı səfir Boris Consona nota göndərib

Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko “Skripal işi”ni görüşüb müzakirə etmək üçün İngiltərə Xarici İşlər naziri Boris Consona şəxsi nota göndərib.

Gunaz.az xəbər verir ki, bu barədə Rusiyanın Britaniyadakı səfirliyi məlumat yayıb.

Səfirliyin sözçüsü İngiltərədən müsbət cavab gələrsə, yaxın müddətdə görüş keçirməyi düşündüklərini bildirib.

Qeyd edək ki, Sergey Skripal bir müddət öncə Britaniyanın Solsberi şəhərində zəhərlənib. Britaniya baş vermiş hadisəyə görə Rusiyanı ittiham edib. London Moskvanın 23 diplomatını buna görə ölkə ərazisindən qovub. Onun bu addımına dünyanın 20-dən çox ölkəsi qoşulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ