SON DƏQİQƏ
» » “Kurtlar Vadisi Afrin” gəlir? – Ərdoğanla “Polad Ələmdar” arasında dialoq – VİDEO

“Kurtlar Vadisi Afrin” gəlir? – Ərdoğanla “Polad Ələmdar” arasında dialoq – VİDEO

Tarix:

6-04-2018, 21:47

/ 10 829 dəfə oxundu.
“Kurtlar Vadisi Afrin” gəlir? – Ərdoğanla “Polad Ələmdar” arasında dialoq – VİDEO

Yəqin xatırlayırsınız, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi geyimdə Suriya sərhədinə ən yaxın məntəqə olan Oğulpınar Sərhəd Nəzarət Buraxılış Məntəqəsinə səfər etmişdi.

Gunaz.az Virtualaz.org-a istinadən xəbər verir ki, Səfərdə şou-biznesin və idman aləminin məşhur simaları prezidenti tək qoymayıblar.

“Kurtlar Vadisi” serialının baş qəhrəmanı Necati Şaşmaz (Polat Ələmdar) da həmin sənətçilər arasında olub.

Görüşdə Müdafiə Nazirliyinin Baş Qəragah rəisi Hulusi Akar, Ərdoğan və Necati Şaşmaz arasında maraqlı dialoq keçib.

H.Akar “Kurtlar Vadisi Afrin” serialının çəkilməsini təklif edib. Aktyor “Ola bilər, əfəndim, məncə, çox yaxşı fikirdir”, – deyə cavab verib.

Ərdoğan isə dialoqa “Polat İdlibə də girə bilər yəni” sözləri ilə qoşulub. N.Şaşmaz prezidentin bu sözlərini “Baş komandirim əmr edərsə, anında” cümləsi ilə cavablandırıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ