SON DƏQİQƏ

Meksikada hamilə qadınlar qətlə yetirilir

Tarix:

6-04-2018, 09:00

/ 10 356 dəfə oxundu.
Meksikada hamilə qadınlar qətlə yetirilir

 

Meksikada sonuncu hamiləlik aylarında olan bir neçə qadının qətlə yetirilməsi ölkədə ciddi rezonans doğurub.

Gunaz.az “RİA Novosti”yə istinadə xəbər verir ki, silsilə qətllərin uşaq alveri ilə əlaqədar olduğu güman edilir.

Meksikanın prezidentliyə namizədi Marqarita Savala cümə axşamı tərəfdarları ilə keçirdiyi kütləvi nümayişdə bir dəqiqəlik sükut saxlayıb və hökumətdən cinayət hallarının ən tez  zamanda araşdırılmasını tələb edib.

“Occidenta” portalının məlumatına görə, hamilə qadınların  qətli ölkənin üç ayrı ştatında – Verakruz, Tamaulipase və Tabaskoda qeydə alınıb. Bütün hallarda qadınların ana bətni yarılıb və körpə oradan xaric edilib, qadınlar isə sonradan öldürlüb.

Hüquq mühafizə orqanları artıq silsilə qətlləri törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. Daha bir şübhəli şəxs axtarışa verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ