SON DƏQİQƏ
» » İraqda altı Türk vətəndaşı ölümə məhkum edildi

İraqda altı Türk vətəndaşı ölümə məhkum edildi

Tarix:

2-04-2018, 21:37

/ 10 402 dəfə oxundu.
İraqda  altı Türk vətəndaşı ölümə məhkum edildi

İraq məhkəməsi İŞİD terror qruplaşmasında iştirakda ittiham olunan Türkiyənin 6 qadın vətəndaşını ölüm cəzasına məhkum edib.

ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Al-Arabiya” ərəb telekanalı bildirib.

Kanalın xəbərinə görə, Türkiyə vətəndaşı olan daha 7 qadın İŞİD-ə kömək etdiyi üçün ömürlük həbsə məhkum edilib.

Fevralın sonunda İraqın Mərkəzi cinayət məhkəməsi İŞİD döyüşçülərinə lojistik köməyin göstərilməsinə görə Türkiyədən 16 qadını ölüm cəzasına məhkum edib. Ancaq Türkiyə hakimiyyəti dustaqları vətənə qaytarmağa çalışır.

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi 2017-ci ilin dekabrında İŞİD-ə qarşı müharibədə qələbənin qazanıldığını elan edib. O əlavə edib ki, bundan sonra “yatan” qruplarla mübarizə aparmaq lazımdır. İraqda İŞİD-də iştiraka görə ölüm cəzası nəzərdə tutulub.

скачать dle 12.1

Şərhlər