SON DƏQİQƏ

Nəzarətdən çıxan peyk yandı

Tarix:

2-04-2018, 13:55

/ 10 265 dəfə oxundu.
Nəzarətdən çıxan peyk yandı

Çinin nəzarətdən çıxan “Tiangong-1” kosmik stansiyası səhərə yaxın Dünya atmosferinə daxil olub.

Gunaz.az xəbər verir ki, Sakit Okeanın cənubunda atmosferə daxil olan peyk yanıb. Peykin parçaları isə Sakit okeandakı Tahiti adasının ətrafına səpələnib.

Avstraliyalı astro fizik Bred Taker ehtimal edir ki, peykin qalıqları Tahiti sahillərindən 100 km aralıya düşüb. Alim qeyd edib ki, peykin qalıqları okeanın səthinə çıxacaq.

Qeyd edək ki, 2011-ci ildə Çin tərəfindən kosmosa göndərilən 8.5 ton ağırlığı olan “Tiangong-1” peyki 2013-cü ildə missiyasını başa vurub. 10 metr uzunluğu olan kosmik stansiya 2016-cı ildə nəzarətdən çıxıb. Çin bu barədə BMT-yə məlumat verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ