SON DƏQİQƏ

Rusiyada bu peşə ləğv edildi

Tarix:

1-04-2018, 20:41

/ 10 306 dəfə oxundu.
Rusiyada bu peşə ləğv edildi

Rusiyada stenoqrafçılıq peşəsi rəsmi şəkildə ləğv edilib.

Gunaz.az xəbər verir ki, bu barədə əmri Rusiyanın Əmək və Sosial Müdafiə naziri Maksim Topilin imzalayıb.

Qərara əsas kimi stenoqrafçılıq peşəsinə tələbatın olmaması göstərilib. Qərarla birlikdə Rusiyada katib (katibə)-stenoqrafçı, stenoqrafçı və yazı maşını əməyi rəhbəri vəzifələri rəhbərlər, mütəxəssislər və digər işçilərin vəzifələrin təsnifatı qovluğundan çıxarılıb.

Qeyd edək ki, stenoqrafiya xüsusi simvol və qısaltmalardan istifadə etməklə sürətli şəkildə yazma prosesidir. Bu cür üsulla yazma, nitqin və ya mətnin adi formada yazılmasından 4-7 dəfə daha sürətli həyata keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ