SON DƏQİQƏ
» » "Türkiyədən Ərbilə uçuşlar bərpa olunacaq" - Binəli Yıldırım

"Türkiyədən Ərbilə uçuşlar bərpa olunacaq" - Binəli Yıldırım

Tarix:

23-03-2018, 16:36

/ 10 321 dəfə oxundu.
"Türkiyədən Ərbilə uçuşlar bərpa olunacaq" - Binəli Yıldırım

Türkiyə hökuməti İraqın şimalındakı kürd muxtariyyətinə uçuşların bərpa olunduğunu açıqlayıb. 

Gunaz.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu baş nazir Binəli Yıldırım deyib. O bildirib ki, bu gündən etibarən Türkiyə şimali İraqa uçuşlar üçün öz hava məkanını açır. Kürd muxtariyyətinin mərkəzi Ərbil şəhərinə uçuşlar bərpa olunacaq. 

Qeyd edək ki, Türkiyə hökuməti İraqın şimalında keçirilən müstəqillik referendumu ilə əlaqədar yerli kürd administrasiyasına qarşı sanksiyalar tətbiq etmiş və 2017-ci il sentyabrın 29-dan etibarən Ərbil və Süleymaniyyə şəhərlərinə uçuşları dayandırmışdı. Referendum İraq Konstitusiya Məhkəməsi tərəfindən etibarsız sayılıb və heç bir dövlət tərəfindən tanınmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ