SON DƏQİQƏ
» » Rusiyada prezident seçkiləri: qalibin adı açıqlandı

Rusiyada prezident seçkiləri: qalibin adı açıqlandı

Tarix:

18-03-2018, 22:28

/ 10 313 dəfə oxundu.
Rusiyada prezident seçkiləri: qalibin adı açıqlandı

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki bülletenlərinin 21,33 faizi sayılıb. İndiki nəticələrə əsasən, Vladimir Putin 71,97 faiz səs qazanıb.

***

Birinci “Ekzit-poll”un nəticələrinə görə, Rusiya prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putin liderlik edir.

Rusiyanın “İctimai Rəy” Fondunun (FOM) məlumatına görə, seçicilərin 7 faizi Putinə səs verib.

İkinci yerdə 11,8 faiz səslə Rusiya Kommunist Partiyasından namizəd Pavel Qrudin, üçüncü yerdə isə 5,9 faiz səslə Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski qərarlaşıb.

Ümumrusiya İctimai Rəy Tədqiqatı Mərkəzinin (VSİOM) keçirdiyi “eksit-poll”un nəticələrinə görə, Putinə rusiyalıların 73,9 faizi səs verib. Qrudin 11,2 və Jirinovski 6,7 faizlə sonrakı yerləri tuturlar.

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində ölkə üzrə seçicilərin fəallığını açıqlayıb.

Rusiya MSK-nın İnformasiya Mərkəzi yerli vaxtla saat 17.08-ə seçici fəallığının 51,9 faiz olduğunu açıqlayıb.

Qeyd edək ki, saat 12:00-a seçici fəallığı 34,72 faiz olub.

***

Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.

Gunaz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.

Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək keçirilir.

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.

Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezidenti postuna 8 namizəd iddia edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ