SON DƏQİQƏ
» » Yaponiyada tıxac problemi qeyri-adi üsulla həll ediləcək

Yaponiyada tıxac problemi qeyri-adi üsulla həll ediləcək

Tarix:

16-03-2018, 18:20

/ 10 431 dəfə oxundu.
Yaponiyada tıxac problemi qeyri-adi üsulla həll ediləcək

Yaponiya hökuməti nəqliyyat tıxacı problemlərinin həlli məqsədilə uçan taksilərin hazırlanmasına dəstək nümayiş etdirəcək. Bu barədə “NHK” telekanalının məlumatında deyilir.

Gunaz.az ICTnews-a istinadən xəbər verir ki, məlumata görə, hökumət İqtisadiyyat Nazirliyinə şirkətlərə kömək etməyi, eləcə də müvafiq qanunvericiliyin hazırlanması ilə məşğul olmağı tapşırıb.

Ölkə nazirliyində belə qurğuların hazırlanması üzrə fəaliyyəti əlaqələndirəcək və təklif olunan texnologiyaları müzakirə edəcək Ekspertlər Şurasının yaradılacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl də uçan nəqliyyat vasitələrinin yaradılması üçün müxtəlif ölkələr tərəfindən səylər göstərilib. Məsələn, Yaponiyanın “Cartivator” şirkəti “Toyota Motor” avtomobil istehsalçısının iştirakı ilə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək uçan avtomobil prototipi yaratmaq niyyətindədir. Bundan başqa, ötən il Almaniyanın “Daimler” konserni elektrik ötürücüsünə malik uçan taksinin hazırlanması ilə məşğul olan “Volocopter” startapına 25 milyon avro məbləğində investisiya yatırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ