SON DƏQİQƏ
» » 49 nəfərin ölümünə kim səbəb olub? — Təyyarə qəzasıyla bağlı açıqlama

49 nəfərin ölümünə kim səbəb olub? — Təyyarə qəzasıyla bağlı açıqlama

Tarix:

12-03-2018, 21:04

/ 10 353 dəfə oxundu.
49 nəfərin ölümünə kim səbəb olub? — Təyyarə qəzasıyla bağlı açıqlama

Nepalın paytaxtı Katmanduda təyyarə qəzasının baş vermə səbəbi açıqlanıb.

Gunaz.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Katmandu hava limanının rəhbəri Rackumar Çxetri qəzanın ekipaj səhvi ucbatından baş verdiyini açıqlayıb.

“Şimal istiqamətindən eniş etmək əvəzinə, təyyarə şimal-şərqdən enməyə başlayıb. Laynerin vəziyyəti eniş üçün münasib deyildi”, - deyə R.Çxetri deyib.

Qeyd edək ki, bu gün Katmanduda hava limanı yaxınlığında Banqladeşin “US-Banga” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Son məlumata əsasən, hadisə nəticəsində 49 nəfər ölüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ