SON DƏQİQƏ
» » Omanın bu aviaşirkəti Azərbaycana reyslər açmaq istəyir

Omanın bu aviaşirkəti Azərbaycana reyslər açmaq istəyir

Tarix:

5-03-2018, 21:47

/ 10 325 dəfə oxundu.
Omanın bu aviaşirkəti Azərbaycana reyslər açmaq istəyir

Omanın “SalamAir” büdcə aviaşirkəti Azərbaycanı öz uçuş istiqamətləri siyahısına daxil etmək istəyir.

Gunaz.az-ın məlumatına görə, daşıyıcı fevralın 28-dən İranın Şiraz şəhərinə reys istifadəyə verib, gələcəkdə isə Azərbaycan, Gürcüstan, Banqladeş və digər ölkələr istiqamətində uçuş coğrafiyasını genişləndirməyi planlaşdırır.

“SalamAir” İranın Tehran və Məşhəd şəhərlərinə də yeni reyslər açmağı nəzərdə tutur.

2016-cı ildə yaradılan aviaşirkət hazırda 9 istiqamətdə reyslər həyata keçirir. Donanması “Airbus A320-200” təyyarələrindən ibarətdir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ