SON DƏQİQƏ
» » Qazaxıstanın energetika nazirinin müavini həbs edildi-VIDEO

Qazaxıstanın energetika nazirinin müavini həbs edildi-VIDEO

Tarix:

5-03-2018, 09:47

/ 10 622 dəfə oxundu.
Qazaxıstanın energetika nazirinin müavini həbs edildi-VIDEO

Qazaxıstanda cinayət törətməkdə ittiham edilərək ölkəni energetika nazirinin müavini Qəni Sədibəyov və bir sıra digər rəsmi şəxslər həbs ediliblər.

ONN media “Tengrinews.kz” nəşrinə istinadən xəbər verir ki, Korrupsiya ilə mübarizə milli bürosunun əməkdaşları Sədibəyov tərəfindən büdcədən 1,5 milyard tenge vəsaitin oğurlanmasının qarşısını alıblar.

Belə ki, Sədibəyov podratçı şirkətin rəhbərliyi ilə razılığa gələrək, kurort zonasında yerləşən gölün təmizlənmsi üçün nəzərdə tutulmuş büdcə vəsaitini ələ keçirib. Bu işdə nazirliyin departamentlərindən birinin rəisinin və podratçı şirkətin bir neçə yüksək vəzifəli şəxslərinin əli olduğu bildirilir.

2017-ci ildə gölün təmizlənməsi üçün ayrılmış 3,6 milyard tengedən 1 milyardı mənimsənilib. Bundan başqa, 2018-ci ilin büdcəsindən həmin işlərin görülməsinə ayrılmış vəsaitdən 1,5 milyard tengenin oğurlanmasının qarşısı alınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ