SON DƏQİQƏ
» » Putin vətəndaşlarını təhvil verməkdən imtina etdi

Putin vətəndaşlarını təhvil verməkdən imtina etdi

Tarix:

4-03-2018, 21:29

/ 10 375 dəfə oxundu.
Putin vətəndaşlarını təhvil verməkdən imtina etdi

Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməkdə günahlandırılan vətəndaşlarını təhvil verməyəcək. 

Gunaz.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “NBC News” qəzetinə verdiyi müsahibəsində bildirib: 

“Heç vaxt. Rusiya, ABŞ kimi, öz vətəndaşlarını ekstradisiya etmir. ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilən 13 Rusiya vətəndaşı hökuməti təmsil etməyiblər”. 

O, ABŞ-a rusiyalıların təqsirini sübut edən materialları təqdim etməsi ilə bağlı müraciət edib. 

Xatırladaq ki, fevralın 16-da ABŞ Ədliyyə Nazirliyi prezident seçkilərinə müdaxilə etdikləri üçün 13 Rusiya vətəndaşı və bu ölkənin üç şirkətinə qarşı ittiham irəli sürüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ