SON DƏQİQƏ
» » İtaliya dövləti dünyasını dəyişənlərin ailələrinin hüznünə qoşulur

İtaliya dövləti dünyasını dəyişənlərin ailələrinin hüznünə qoşulur

Tarix:

2-03-2018, 23:16

/ 10 367 dəfə oxundu.
İtaliya dövləti  dünyasını dəyişənlərin ailələrinin hüznünə qoşulur

İtaliyanın Bakıdakı səfirliyi bu gün Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Gunaz.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi yazıb.

"Səfirliyin bütün işçi heyəti İtaliya dövləti adından dünyasını dəyişənlərin ailələrinin hüznünə qoşulur", - deyə yazıda qeyd olunub.

Martın 2-də saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ