SON DƏQİQƏ

Çağatay Ulusoyun tərəfdaşı seçildi

Tarix:

1-03-2018, 22:03

/ 10 336 dəfə oxundu.
Çağatay Ulusoyun tərəfdaşı seçildi

Netflixin ilk yerli serialının çəkilişləri yaxında başlayır. Çağatay Ulusoyun yeni tərəfdaşı Aypara Ayşin Turan oldu.
Gunaz.az xəbər verir ki, Can Evrenolun rejissor kreslosunda oturacağı serial, ümumilikdə 20 bölümdən ibarət olacaq. Serialın ilk aydınlaşan qadın aktrisası Hazar Ergüçlü olmuş, daha sonra Leyla Lydia Tuğutlu ilə müqavilə mərhələsinə gəlinmişdi. Ancaq Tuğutlu daha sonra qərar dəyişib layihədən ayrılıb.

Kulisdə gözəl aktrisanın rolu arxa planda olduğu üçün bu qərarı aldığı iddiası qulaqdan-qulağa yayılmışdı.
Serial üçün yeni aktrisa axtarışı başladı və daha əvvəl də adı namizədlər arasında keçən Melisa Aslı Pamuk və Ayça Ayşin Turanla görüşülüb. Son gələn məlumata görə, aktrisa baş rolunu oynadığı "Meryem" serialı dünən ekrana vida edib və A.Turanla razılaşıblar.

 

Qeyd edək ki, Bürcü Yeganə, Neslihan Atagül kimi tanınmış ulduzlarla da görüşülüb ancaq ilk yazılan ssenari bəyənilməyincə serialının çəkilişləri təxirə salınmışdı.

скачать dle 12.1

Şərhlər