SON DƏQİQƏ
» » Sarkisyan Ermənistan prezidentliyinə namizəd oldu

Sarkisyan Ermənistan prezidentliyinə namizəd oldu

Tarix:

28-02-2018, 20:46

/ 10 374 dəfə oxundu.
Sarkisyan Ermənistan prezidentliyinə namizəd oldu

Ermənistanın hakim koalisiyası ölkənin Britaniyadakı səfiri Armen Sarkisyanın prezidentliyə namizədliyini irəli sürüb.

Gunaz.az “RİA Novosti”-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ara Babloyan bəyanat verib.

“Ermənistan Respublika partiyası və Erməni Daşnaksütun inqilab federasiyasının fraksiyalarının 65 deputatının  yazılı müraciətinə əsasən, Armen Sarkisyanın prezidentliyə namizədliyi irəli sürüldü” –deyə bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, prezidentliyə namizədliklə bağlı müzakirələr  martın 1-də yerli vaxtla 10:30-da başlayacaq.

скачать dle 12.1

Şərhlər