SON DƏQİQƏ
» » Hindistanlı cərrahlar dünyada ən böyük beyin şişini çıxarıblar

Hindistanlı cərrahlar dünyada ən böyük beyin şişini çıxarıblar

Tarix:

24-02-2018, 16:30

/ 1 094 dəfə oxundu.
Hindistanlı cərrahlar dünyada ən böyük beyin şişini çıxarıblar

Hindistanın Mumbay şəhərində bir qrup cərrah əməliyyat yolu ilə 1,8 kiloqram çəkisi olan beyin şişini çıxarıb.

Gunaz.az xəbər verir ki, “The Hindu” internet nəşrinin məlumatına görə, əməliyyat 6 saat davam edib. Neyrocərrah Trimurti Nadkarni bunun dünyada ən böyük beyin şişi olduğunu istisna etməyib – ölçüsünə görə o, pasiyentin başından böyük olub. 31 yaşlı Santal Palın beynindəki şiş hələ üç il bundan əvvəl inkişaf etməyə başlasa da, həkimlərin heç biri bu mürəkkəb əməliyyatı keçirməyə risk etməyib.

Xəstəlik səbəbindən pasiyentin gözləri tutulub. Lakin həkimlər şiş çıxarıldıqdan sonra onun yenidən görəcəyinə ümid edirlər. Hazırda Pal əməliyyatdan sonrakı bərpa prosesini keçir.

 

Hindistanlı cərrahlar dünyada ən böyük beyin şişini çıxarıblar

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ