SON DƏQİQƏ
» » Azərbaycanlı deputatın Afrin çıxışı – Türk mediasında

Azərbaycanlı deputatın Afrin çıxışı – Türk mediasında

Tarix:

23-02-2018, 12:59

/ 1 990 dəfə oxundu.
Azərbaycanlı deputatın Afrin çıxışı – Türk mediasında

Türkiyənin məşhur “Milliyyət” qəzeti və digər media orqanları millət vəkili Qənirə Paşayevanın Afrin əməliyyatları ilə bağlı çıxışına yer verib.

Gunaz.az axar.az-a istinadən xəbər verir ki, qəzet Kastamonu Universitetində Xocalı soyqırımının 26-cı ili ilə bağlı keçirilən anım mərasimində millət vəkilinin “Zeytun budağı” əməliyyatı haqda fikirlərini işıqlandırıb.

Qənirə Paşayeva çıxışında “Afrində döyüşüb, canımı qurban verməyə hazıram. Çünki bu vətənin gücü hamımızın gücüdür. Bu vətənin zəifləməsi hamımızın zəifləməsidir. Yaxşı bilməliyik ki, düşmənlər bütün qalalarımızı keçə-keçə son qalamıza gəliblər. Türkiyə müsəlman dünyasının ən güclü qalasıdır. Əgər Türkiyə zəifləsə, bu coğrafiyanı əvvəlki vəziyyətinə qaytarmaq çox çətin olacaq”, – deyib.

Qəzetdə həmçinin millət vəkilinin Xocalı soyqırımı haqda çıxışı da yer alıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ