SON DƏQİQƏ

Peruda dəhşətli qəza: 30 ölü

Tarix:

21-02-2018, 19:39

/ 1 216 dəfə oxundu.
Peruda dəhşətli qəza: 30 ölü

Peruda çərşənbə günü sərnişin avtobusu dərəyə aşıb, ən azı 30 nəfər həlak olub.

Gunaz.az RİA Novosti-yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, sürücü idarəetməni itirərək, Arekipa regionunda Panamerika şosessindən dərəyə aşıb.

Peru Səhiyyə Nazirliyinin məlumatına görə, qəzada daha 22 nəfər yaralanıb.

Avtobus təxminən 200 metr hündürlükdən aşıb. Ölkə prezidenti Pedro Kuçinski artıq həlak olanların ailələrinə başsağlığı verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ