SON DƏQİQƏ

Meyvə-tərəvəzlərdə zəhər aşkarlandı

Tarix:

20-02-2018, 21:49

/ 1 335 dəfə oxundu.
Meyvə-tərəvəzlərdə zəhər aşkarlandı

Fransada meyvələrin 72,6, tərəvəzlərin isə 40%-də böcək zəhərində istifadə edilən pestisid maddəsi tapılıb.

Gunaz.az xəbər verir ki, bu, “Generations Futures” adlı ekoloji təşkilatın Fransa marketlərində satılan 19 meyvə və 33 tərəvəz üzərində araşdırma aparmasından sonra məlum olub. 

Sənəddə meyvələrdən üzümlərin 89, naringilərin 88,4, gilasın isə 87,7%-ində pestisid aşkarlanıb. Alça, kivi və avokado isə tərkibində ən az pestisid olan meyvələr olub. 

Açıqlamada, Fransa hökumətinə kənd təsərrüfatında pestisid istifadəsinin qarşısının alınması da tövsiyə edilib.

Qeyd edək ki, Fransada 2016-cı ildə meyvə və tərəvəzlərin tərkibindəki pestisid miqdarı 40% civarında olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ