SON DƏQİQƏ

Xalq polislərə qarşı ayağa qalxdı

Tarix:

19-02-2018, 21:55

/ 1 120 dəfə oxundu.
Xalq polislərə qarşı ayağa qalxdı

Qərbi Afrika ölkəsi Kot-d'İvuarda bir moto-taksi sürücüsünün polis tərəfindən öldürülməsindən sonra küçələrə axışan xalq yerli icra orqanının binasını dağıdıb, bəzi polis məntəqələrini yandırıb.

Gunaz.az xəbər verir ki, ölkənin qərbindəki Blolequin şəhərində moto-taksi sürücüsü polislərlə mübahisə edib. Nəticədə polislərdən biri ona atəş açıb və sürücü yerindəcə ölüb.

Bu hadisədən hiddətlənən xalq, sürücünü öldürən polisi linç edərək qətlə yetirib. Yollarda barrikadalar qurulub, avtomobil şinləri yandırılıb. Kütlə daha sonra yerli icra nümayəndəliyinin binasını dağıtmaqla bərabər, bir neçə polis məntəqəsini də yandırıb.

Təhlükəsizlik qüvvələri əhalini güclə sakitləşdirib. Hadisənin şahidləri isə polislərin sürücüdən rüşvət istədiyini, mübahisənin də bundan sonra başladığını bildiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ