SON DƏQİQƏ
» » Qəzaya düşən təyyarənin axtarışı səylə davam edir

Qəzaya düşən təyyarənin axtarışı səylə davam edir

Tarix:

19-02-2018, 21:45

/ 1 083 dəfə oxundu.
Qəzaya düşən təyyarənin axtarışı səylə davam edir

Bazar günü İranda qəzaya uğrayan ATR-72 sərnişin təyyarəsinin gövdəsinə aid hissələrin tapılması barədə ilkin məlumat təsdiqini tapmayıb.

Gunaz.az İran mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən təyyarənin axtarışları davam etdirilir. Aşağı temperatur və pis hava şəraiti axtarış işlərini çətinləşdirir. Xilasedicilərə ərazinin mürəkkəb landşaftına bələd olan yerli əhali arasından könüllülər də kömək edirlər. Axtarış əməliyyatlarında dron və helikopterlərdən istifadə olunur. Həmçinin rəsmi Tehranın bir sıra xarici dövlətlərə peyk çəkilişlərinin təqdim olunması barədə müraciət etdiyi bildirilir.

Xatırladaq ki, Tehran-Yasuc reysi ilə uçan təyyarədə ümumilikdə 66 nəfər olub. Təyyarə Dena dağları üzərində olarkən – təyinat məntəqəsinə cəmi 25kilometr qalmış radarlardan itib.

İnsanların cəsədləri tapılmadığından onların qohumları ümidlərini üzməyib. Lakin ekspertlərin fikrincə, qəzadan sağ qurtarmaq şansı yoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ