SON DƏQİQƏ

ABŞ-da daha bir atışma

Tarix:

16-02-2018, 22:24

/ 1 090 dəfə oxundu.
ABŞ-da daha bir atışma

ABŞ-ın Sietl şəhərinin cənubunda yerləşən “Highline” kollecinin kampusunda atışma baş verib.

Gunaz.az kollecin sosial şəbəkə hesabına istinadən xəbər verir ki, rəhbərlik hadisənin təlim olmadığını, sinif otaqlarının qapı və pəncərələrin bağlanılması və kampusa yaxınlaşılmaması barədə xəbərdarlıq edib.

"Kampusda atışma olması barədə bizə məlumat verdilər… Polislər hadisə yerindədir və evakuasiyaya başlayıblar", – deyə kollecin Fecbook səhifəsində məlumat verilib.

Məlumatda o da bildirilir ki, əlavə məlumat olacağı təqdirdə dərhal bu barədə xəbər veriləcək.

Xatırladaq ki, fevralın 14-də Mayami yaxınlığındakı Parkland şəhərindəki məktəblərin birində baş verən atışmada 17 nəfər ölmüşdü. Hadisəni törədən, məktəbin keçmiş şagirdi 19 yaşlı Nikolas Kruz polis tərəfindən yaxalanmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ