SON DƏQİQƏ
» » Qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

Qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

Tarix:

11-02-2018, 21:39

/ 1 269 dəfə oxundu.
Qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

Rusiyanın “Saratov Hava Yolları” aviaşirkətinin qəzaya uğramış Аn-148 sərnişin təyyarəsinin “qara qutu”larından biri tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva idarəsi məlumat yayıb.

Təyyarənin Moskvanın Domodedovo hava limanından qalxdıqdan iki dəqiqə sonra radarlardan itdiyi, daha sonra qəzaya uğradığı bildirilib.

Qeyd edək ki, bu gün Rusiyanın “Saratov Hava Yolları” aviaşirkətinə məxsus Аn-148 sərnişin təyyarəsi Domodedovo hava limanından uçduqdan dərhal sonra radarlardan itib. Təyyarə Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sağ qurtaran yoxdur.

скачать dle 12.1

Şərhlər