SON DƏQİQƏ

ABŞ-ın Suriyaya şok açıqlaması

Tarix:

8-02-2018, 22:29

/ 961 dəfə oxundu.
ABŞ-ın Suriyaya şok  açıqlaması

ABŞ Xarici İşlər Nazirliyi, Şərq Quta və İdlib, o cümlədən Suriyada rejim və Rusiyanın hava hücumlarından hədsiz dərəcədə qayğı duyduğunu açıqlayıb.

Gunaz.az xarici mətbuata istinadən xəbər verir ki,ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert, məsələ ilə bağlı yazılı bəyanat verib.

Açıqlamada, Nauertin, "ABŞ, İdlib, Şərq Quta və Suriyanın digər bölgələrində zorakılığın artmasından, rejim və Rusiya hava hücumlarından hədsiz dərəcədə qayğı duyduğu"ifadəsinə yer verilib.

Son 48 saatda rejimin kimyəvi silah istifadə etməsinə yönəlik xəbərlər aldıqlarını bildirən sözçü Nauert, hücumların sona çatmasının lazım olduğunu qeyd edib.

BMT-nin, Şərq Qutaya humanitar yardımların çatması üçün şiddət hadisələrinə ara verilməsi və sağlamlıq əsasları, 700 vətəndaşın xaricə çıxarılması çağırışını dəstəklədiklərini bildirən Nauert, Rusiyanın Şam üzərindəki təsirini istifadə etməsi lazım olduğunu bildirib.

скачать dle 12.1

Şərhlər