SON DƏQİQƏ
» » Rusiya XİN: "Rusiya vətəndaşlarının “ovlanması” qəbuledilməzdir"

Rusiya XİN: "Rusiya vətəndaşlarının “ovlanması” qəbuledilməzdir"

Tarix:

8-02-2018, 20:30

/ 999 dəfə oxundu.
Rusiya XİN: "Rusiya vətəndaşlarının “ovlanması” qəbuledilməzdir"

Moskva Vaşinqtonu üçüncü ölkələrdə Rusiya vətəndaşlarının tutulması təcrübəsini dayandırmağa çağırır.

Gunaz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinqdə bildirib.

“Təəssüf ki, üçüncü ölkələrdə bizim vətəndaşlarımızın həbslərinin sayı və onların amerikalılara verilməsi üzrə hadisələr artmaqda davam edir. 2017-ci ildə 11 belə hadisə olub. Biz ABŞ-dan bütün dünyada Rusiya vətəndaşlarının “ovlanmasının” qəbuledilməz təcrübəsini dayandırmağı tələb edirik. Hərçənd, təəssüf ki, ABŞ buna hazırlaşdığını göstərmir”, - o əlavə edib.

скачать dle 12.1

Şərhlər