SON DƏQİQƏ

Bu ölkənin generalı Bakıya gəlir - Səbəb

Tarix:

5-02-2018, 21:14

/ 1 170 dəfə oxundu.
Bu ölkənin generalı Bakıya gəlir - Səbəb

Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti fevralın 6-dan 9-dək Azərbaycanda səfərdə olacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gunaz.az-a bildiriblər ki, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcək.

Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

скачать dle 12.1

Şərhlər