SON DƏQİQƏ
» » Afrində mikro dronlar işə düşür - terrorçular gizlənə bilməyəcək - VİDEO

Afrində mikro dronlar işə düşür - terrorçular gizlənə bilməyəcək - VİDEO

Tarix:

4-02-2018, 10:38

/ 1 490 dəfə oxundu.
Afrində mikro dronlar işə düşür - terrorçular gizlənə bilməyəcək - VİDEO

Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarında "Black Hornet" mikro pilotsuz uçuş aparatından (PUA) istifadə etməyə başlayıb.

Gunaz.az xezerxeber.az-a istinadən bildirir ki, Türkiyə Xüsusi Qüvvələr Komandanlığının yayımladığı videoda "Black Hornet" mikro PUA nümayiş etdirilib. Helikopter dizaynında olan mikro PUA gecə-gündüz kəşfiyyat apara bilir. "Black Hornet" adi kamera ilə yanaşı gecə və pis hava şəraitində görüntünü təmin edən termal kamera ilə təchiz olunub. Mikro dronların çəkisi 18 qram, vintin diametri 120 millimetrdir. PUA-nın uzunluğu 10 sm, eni isə 2.5 sm təşkil edir. PUA saatda 18 kilometrə qədər sürət yığır və operatorundan 1500 metr məsafədə uzaqlaşa bilir. 1.6 km mənzilə sahib olan aparat havada 25 dəqiqə qalır və səssiz işləyir. Mikro pilotsuz uçuş aparatı terrorçuların tələsini və onların gizləndiyi yeri müəyyən edə biləcək.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ