SON DƏQİQƏ
» » Xamenei namazda niyə səcdəyə getmir? – Qamaqallı FOTO

Xamenei namazda niyə səcdəyə getmir? – Qamaqallı FOTO

Tarix:

3-02-2018, 14:34

/ 1 269 dəfə oxundu.
Xamenei namazda niyə səcdəyə getmir? – Qamaqallı FOTO

Allah rəsulu (s) namazı bütün rükunları ilə qılıb, yaxud qıldırıb. Demək, səhhətində problem və fiziki qüsuru olmayan bütün müsəlmanlar da namazı bütün rükunları ilə qılmalıdırlar.

Gunaz.az xəbər verir ki, Bu sözləri Axar.az-a ilahiyyatçı Rəsul Mirhəşimli İranın Ali dini lideri Əli Xamenei və keçmiş prezident Mahmud Əhmədnejadın camaat namazı qılınan zaman hər kəsdən fərqli olaraq səcdəyə getməmələrini əks etdirən görüntünün yenidən sosial şəbəkələrdə yayılması və böyük müzakirələrə səbəb olması barədə danışarkən deyib. R.Mirhəşimlinin sözlərinə görə, fotodan orda baş verənlərə qiymət vermək çətindi. Lakin namaz barədə Qurani-Kərimdə keçən ayələrdə bunlar açıq-aşkar izah olunur:

“Namazın səcdə halı ilə bağlı müsəlmanlar arasında heç bir fərq yoxdur. Namazdakı səcdə ilə bağlı izah verən bütün müctəhidlər qeyd edirlər ki, bir şəxs alnını yerə qoymağı bacarırsa, gərək yerə qoysun.

Allahın bütün ayələri Rəsuluna (s) nazil etdiyi Qurandadır.

Bu fotoda həmin iki şəxsin səcdədən qalxdıqdan sonra çəkilmiş anı da ola bilər. Onun üçün bu barədə dəqiq fikir söyləmək oduqca çətindir”.

Qeyd edək ki, bir neçə il əvvəl çəkilən foto sosial şəbəkələrdə yenidən müzakirəyə çıxarılıb. İddialara görə, İran qanunlarına əsasən, İranin ali dini lideri Allahın cismi ayələri olduğuna, Əhmədnejat isə foto çəkilən zaman dövlət başçısı olduğuna görə səcdəyə əyilməyiblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ