SON DƏQİQƏ
» » İranda hicaba qarşı aksiyalar yeni şəhərlərə yayıldı

İranda hicaba qarşı aksiyalar yeni şəhərlərə yayıldı

Tarix:

31-01-2018, 15:52

/ 910 dəfə oxundu.
İranda hicaba qarşı aksiyalar yeni şəhərlərə yayıldı

İranda hakim rejimin ölkə qadınlarına zorla qəbul etdirdiyi hicaba və qara çarşaba qarşı sivil etirazlar gündən-günə genişlənir.

Gunaz.az -a verilən məlumata görə, daha bir neçə şəhərdə qadınlar "Məcburi hicaba yox" kampaniyasına qatılaraq küçə və meydanlarda baş örtüklərini açıb atıblar.

Qadınların paytaxt Tehranda və Gilan əyalətinin Rəşt şəhərində dinc etiraz aksiyaları küçədən keçən vətəndaşlar tərəfindən də dəstəklənib. Polis etirazçıları tutaraq naməlum istiqamətə aparıb.

Xatırladaq ki, son günlər paytaxt Tehranda, eləcə də İsfahan, Şirazd, Rəşt kimi iri şəhərlərdə onlarla qadın küçə və meydanlarda baş örtüklərini açaraq, totalitar molla rejiminin məcburi hicab siyasətinə öz etirazlarını bildiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ