SON DƏQİQƏ

7 yaşlı uşaq qandallanaraq saxlanılıb

Tarix:

30-01-2018, 11:46

/ 796 dəfə oxundu.
7 yaşlı uşaq qandallanaraq saxlanılıb

ABŞ -da 7 yaşlı uşaq qandallanaraq polis mərkəzinə  aparılıb.

Gunaz.az -a verilən məlumata görə,məktəbin kafetaryasında müəllimiylə mübahisə edən 7 yaşlı uşaq müəllimini yumruqlamağa başlayıb. Uşaq üçün məktəbə gələn bir polis məmuru kiçik uşağı əllərini arxadan qandal taxaraq polis mərkəzinə aparıb.

Uşağa eynilə yetkin bir cinayətkar kimi rəftar ediblər. Uşağın annası göz yaşları içində qalıb.
Polis hadisə ilə bağlı verdiyi bəyanatda uşağın qandallanması prosedur gərəyi olduğu, özünə və ətrafdakılara zərər verməməsi üçün diqqət edildiyi qeyd olunub.

Kiçik uşağın daha əvvəllər də davranış pozğunluğu olub olmadığı araşdırılması üçün xəstəxanaya aparıldığı açıqlanıb.

 

Ana, Mercy Alvarez isə oğlunun hər hansı bir ağıl problemi olmadığını, müəlliminin ona pis davrandığını deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ