SON DƏQİQƏ
» » Fransa Suriyadakı vəziyyətlə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasını istəyir

Fransa Suriyadakı vəziyyətlə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasını istəyir

Tarix:

21-01-2018, 16:55

/ 1 222 dəfə oxundu.
Fransa Suriyadakı vəziyyətlə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasını istəyir

Fransa Afrindəki hadisələrdən sonra Suriyadakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili yığıncağının çağırılmasını istəyib.

Gunaz.az “Report”a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

“Suriya: Ğuta, İdlib, Afrin — Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyir”, - deyə nazir “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, şənbə günü səhər o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb.

Diplomat qeyd edib ki, Fransa atəşin dayandırılmasını və Suriyaya maneəsiz humanitar yardımın çatdırılmasına şərait yaradılmasını təkid edir.

скачать dle 12.1

Şərhlər