SON DƏQİQƏ
» » Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarıldı

Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarıldı

Tarix:

20-01-2018, 16:29

/ 965 dəfə oxundu.
Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarıldı

Rusiyanın Çinə göndərdiyi “S-400” sistemlərini daşıyan gəminin fırtınaya düşməsi nəticəsində kompleks xəsarət aldığı üçün geri qaytarılır.
Gunaz.az "Haber7"yə istinadən xəbər verir ki, xəsarət alan sistem təmir edildikdən sonra Çinə təkrar göndəriləcək.
Yanvarın 18-də Rusiyanın Çinə “S-400” Zenit-Raket Kompleksinin (ZTR) tədarükünə başladığı barədə məlumat yayılıb. İki ölkə arasında bununla bağlı saziş 2014-cü ildə imzalanıb.
Qeyd edək ki, xarici ölkələr arasında “S-400” ZTR-inin ikinci alıcısı Türkiyədir. 2017-ci il dekabrın sonunda Rusiya və Türkiyə arasında iki ədəd “S-400” kompleksi ilə bağlı müqavilənin yekun sənədi imzalanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ