SON DƏQİQƏ
» » Mahaçqala meri saxlanıldı — Torpaq alveri ittihamı

Mahaçqala meri saxlanıldı — Torpaq alveri ittihamı

Tarix:

20-01-2018, 11:35

/ 1 176 dəfə oxundu.
Mahaçqala meri saxlanıldı — Torpaq alveri ittihamı

Mahaçqala şəhərinin meri Musa Musayev vəzifə səlahiyyətlərini aşma maddəsi ilə saxlanılıb.

Gunaz.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Dağıstanın istintaq komitəsi bu xəbəri təsdiqləyib.

Dünən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Musayevin evində və kabinetində axtarış aparıblar. İstintaq Komitəsindən bildirilir ki, Musayev vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham edilir.

İstintaqın versiyasına əsasən, Mahaçqala meri şəhərdəki torpaq sahəsinin kommersiya şirkətinə satılması barədə sərəncam imzalayıb. Şirkət torpaq sahəsi üçün 1.1 milyon rubl ödəyib. Amma ərazinin bazar qiyməti 81 milyon rubldan çoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ