SON DƏQİQƏ
» » Suriyada kütləvi məzarlıq tapıldı - 10 min cəsəd var

Suriyada kütləvi məzarlıq tapıldı - 10 min cəsəd var

Tarix:

18-01-2018, 18:33

/ 967 dəfə oxundu.
Suriyada kütləvi məzarlıq tapıldı - 10 min cəsəd var

Suriyanın Rəqqa şəhərinin Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altında olan hissəsində İŞİD terrorçularının öldürdüyü 10 min nəfəri basdırdığı kütləvi məzarlıq aşkarlanıb.
Gunaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya Ədliyyə Ekspertiza İdarəsinin rəhbəri Zaher Hayo məlumat verib.
O, cəsəd qalıqlarının toplanması və Hələbdəki hərbi hospitala nəql edilməsi üçün xüsusi komissiyanın qurulması barədə göstəriş verib. Z.Hayo deyib ki, ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün gələn həftədən etibarən ekspertiza aparılacaq.
Qeyd edək ki, 2014-cü ildə İŞİD tərəfindən işğal edilən Rəqqa şəhəri 20 oktyabr 2017-ci ildə azad edilmişdi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ