SON DƏQİQƏ
» » Ankara: ABŞ Suriyadakı terror təşkilatlarını qanuniləşdirir

Ankara: ABŞ Suriyadakı terror təşkilatlarını qanuniləşdirir

Tarix:

15-01-2018, 08:00

/ 1 667 dəfə oxundu.
Ankara: ABŞ Suriyadakı terror təşkilatlarını qanuniləşdirir

Vaşinqtonun Suriyada "sərhəd təhlükəsizliyi qüvvələri" yaratmaq planı yolverilməzdir.

Gunaz.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

"ABŞ-ın atdığı addımlar terror təşkilatını qanuniləşdirir, bu böyük narahatlıq doğurur. Terrorla istənilən mübarizə aparmaq hüququnu öz üzərimizdə saxlayırıq. Terror təşkilatları ilə mübarizəmiz istər ölkə daxilində, istərsə də xaricində davam etdiriləcək. Türkiyə təhlükəsizliyinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək", - deyə İbrahim Kalın qeyd edib.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada nəzarət etdiyi ərazilərdə «sərhəd təhlükəsizliyi qüvvələri» yaratmağa başlayıb.

APA-nın «Gazeta.ru»-ya istinadən verdiyi xəbərə görə, bu barədə «Defense Post» nəşrinə koalisiyanın rəsmi nümayəndəsi Tomas Vill bildirib.

Ankara: ABŞ Suriyadakı terror təşkilatlarını qanuniləşdirir

 

Alyansın «Suriya Demokratik Qüvvələr» (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışdığı bildirilir.

«Hazırda, ilkin mərhələdə, təlimlərə təxminən 230 nəfər cəlb edilib, yekun məqsəd - 30 minlik qüvvə yaratmaqdır», - deyə Tomas Vill vurğulayıb.

Onun sözlərinə görə, yeni qüvvələr Suriyanın SDQ-nin nəzarətində olan ərazinin qərb sərhədi boyu, habelə İraq və Türkiyə sərhədləri bou yerləşdiriləcək. (apa)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ