SON DƏQİQƏ
» » Türkiyə polis İŞİD-in “naziri”ni saxladı

Türkiyə polis İŞİD-in “naziri”ni saxladı

Tarix:

12-01-2018, 13:27

/ 817 dəfə oxundu.
Türkiyə polis İŞİD-in “naziri”ni saxladı

Türkiyənin Kayseri vilayətinin Dəvəli mahalında İŞİD terror təşkilatının “kənd təsərrüfatı naziri” Tarık Əhməd saxlanılıb.

Gunaz.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Kayseri valisi Süleyman Kamçı bildirib.

Onun sözlərinə görə, “nazir”lə birlikdə daha 9 nəfər tutulub.

“Adamlar Kayseriyə gələrək əkinçiliklə məşğul olurlar. Hər an hər şeyin ola biləcəyini düşünürük. İŞİD-çilər buraya gəzməyə və ya tətilə gəlmirlər. Çirkin niyyətlərlə gəlirlər”, - vali deyib.

Hazırda “nazir” və saxlanılan digər şübhəlilərin sorğusu davam edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ