SON DƏQİQƏ

Fransada 7 nəfər "Eleanor"un qurbanı oldu

Tarix:

10-01-2018, 19:56

/ 757 dəfə oxundu.
Fransada 7 nəfər "Eleanor"un qurbanı oldu

Fransada tüğyan edən "Eleanor" qasırğası insan tələfatı və dağıntılara yol açıb.

Gunaz.az-ın məlumatına görə, qasırğa nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.

Yuxarı Marna rayonu Departamentinin rəsmi "Twitter" səhifəsində qasırğanın yeddinci qurbanının meyitinin Ruvr-Syur-Ob yaşayış məntəqəsində tapıldığı bildirilir.

Qeyd edək ki, artıq bir neçə gündür Fransa ərazisində davam edən qasırğa güclü yağışlarla müşayiət olunur. Leysan yağışları nəticəsində son günlər Sena çayında suyun səviyyəsi 3 metr artıb ki, bununla əlaqədar Parisdə daşqınlar olması barədə xəbərdarlıq edilib.

"Eleanor" qasırğasının Fransaya vurduğu ziyan 200 milyon avro dəyərində hesablanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ