SON DƏQİQƏ

Polşada 9 nazir işdən çıxarıldı

Tarix:

10-01-2018, 07:11

/ 1 002 dəfə oxundu.
Polşada 9 nazir işdən çıxarıldı

Polşa Nazirlər Kabinetində 9 nazirin vəzifəsinə son qoyulub.

Publika.az xəbər verir ki, dekabrın ortasında baş nazir olan Mateus Moravieçki qısa zamanda radikal addım atıb.

Onun bu addımı Avropa İttifaqı ilə münasibətləri yenidən düzəltmək üçün atdığı bildirilir.

Moravieçki təhlükəsiz ölkə hədəflədiklərini və güclü Polşa inşa etmək istədiyiklərini açıqlayıb.

Qeyd edək ki, Avropa İttifaqı Polşada milliyətçi Hüquq və Ədalət Partiyasının icra etdiyi qanun layihələrinəm görə 2016-cı ilin yanvarında istintaq başlatmışdı. 

скачать dle 12.1

Şərhlər