SON DƏQİQƏ

Ərdoğandan Abdullah Gülə İTTİHAM

Tarix:

9-01-2018, 14:12

/ 903 dəfə oxundu.
Ərdoğandan Abdullah Gülə İTTİHAM

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə sabiq prezident, AKP-nin qurucularından olan Abdullah Gülü hədəf alıb. 
 
Gunaz.az APA-ya istinadən xəbər verir ki, bu gün AKP-nin parlament qrupunun toplantısında çıxış edən R. T. Ərdoğan deyib ki, ökədə baş verən hadisələrə münasibət bildirib, səsini çıxarmayanlar, prezident üsul-idarəsinə keçidlə bağlı referendumda  buna qarşı kampaniya aparanlar indi də özlərində söz demək haqqı görürlər.
 
O bildirib ki, AKP-də birliyi, bərabərliyi zədələyənlər artıq bu karvanının səmimi yolçuları deyillər: “Bu karvandan düşənlər düşdükləri yerdə qalacaqlar. Biz isə öz yolumuzla gedəcəyik. Əsas işimiz yanlışlıqlara yol verməmək, keçmiş xətalardan dərs çıxarmaqdır. Partiyamıza zərər verəcək qədər iddiaları olanlara millətimiz gərəkli cavabı verir və verəcək”. 
 
R. T. Ərdoğan A. Gülü nəzərdə tutaraq bəyan edib ki, daha əvvəl AKP-də olub, indi kənarda gəzənlərin partiya haqqında söz söyləməyə haqqı yoxdur.
 
Qeyd edək ki, bir müddət əvvəl A. Gül hərbi çevriliş və terror cəhdinə müqavimət göstərən mülki şəxslərin hüquqi məsuliyyətdən azad olunmasını nəzərdə tutan qanuni qüvvəyə malik qərarnamədə ifadələrin konkret əksini tapmasının vacib olduğunu, əks təqdirdə, gələcəkdə bunun daxili qarşıdurmalara yol aça biləcəyini bəyan edib.
 
R. T. Ərdoğan A. Gülün bu etirazını əsassız sayıb. A. Gül isə mövqeyində qaldığını, gələcəkdə də sabiq prezident kimi ölkə və xalq üçün əhəmiyyətli hadisə və proseslərə münasibətini bildirəcəyini açıqlayıb. 
скачать dle 12.1

Şərhlər