SON DƏQİQƏ
» » Putin seçki kampaniyasına nə qədər xərcləyib?

Putin seçki kampaniyasına nə qədər xərcləyib?

Tarix:

8-01-2018, 20:36

/ 885 dəfə oxundu.
Putin seçki kampaniyasına nə qədər xərcləyib?

Bu il Rusiyada keçiriləcək prezident seçkilərinə fərdi qaydada qatılacaq dövlət başçısı Vladimir Putin yanvarın 5-dək seçki fonduna daxil olan 400 milyon rubldan çox vəsaitin 13,4 milyon rublunu seçki kampaniyasına xərcləyib.

Gunaz.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər.

MSK-nın məlumatlarına görə, V.Putinin seçki fonduna həmin vaxta qədər 400 milyon 30 min 934,98 rubl daxil olub, seçki fondundan xərclər isə 5 yanvar tarixinə 13 milyon 409 min 230,46 rubla bərabər olub.

Daha əvvəl MSK artıq seçki hesablarını açan 13 namizədin seçki fondlarının gəlir və xərclər bölmələri barədə məlumatlar yayıb. Məlumatlar 5 yanvar tarixinə əsasən verilir.

Xatırladaq ki, bundan əvvəl MSK fərdi qaydada prezidentliyə namizədlərin sənədlərinin qəbulunun başa çatdığını elan edib.

скачать dle 12.1

Şərhlər