SON DƏQİQƏ
» » Erməni deputatdan şok etiraf:“İNSANLAR ÖLKƏNİ SÜRƏTLƏ TƏRK EDİR”

Erməni deputatdan şok etiraf:“İNSANLAR ÖLKƏNİ SÜRƏTLƏ TƏRK EDİR”

Tarix:

6-01-2018, 12:59

/ 1 061 dəfə oxundu.
Erməni deputatdan şok etiraf:“İNSANLAR ÖLKƏNİ SÜRƏTLƏ TƏRK EDİR”

“Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət insanları ölkəni sürətlə tərk etməyə vadar edir. Artıq Ermənistanda miqrasiya fəlakətli bir hal alıb”.

Gunaz.az news.am-a istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistan parlamentinin “çakuryan” blokundan olan deputat Naira Zoqrabyan çıxış edib.

Onun sözlərinə görə, Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət sosial partlayışa gətirib çıxara və bu da ölkədə etiraz aksiyalarının artmasına təkan verə bilər: “Buna səbəb ölkədə qida məhsullarının qiymətləri “olimpik sıçrayış”la artmaqdadır. Hökumətin isə bu istiqamətdəki siyasəti birmənalı olaraq uğursuzluğa düçar olub. Bu  uğursuz siyasət davam etməkdədir və həyat getdikcə çətinləşir”.

Erməni deputat əlavə edib ki, ölkədə yaranmış bu ağır sosial-iqtisadi durum, yoxsulluq səviyyəsinin, işsizliyin sürətlə artması isə ölkədən emiqrasiya prosesini sürətləndirib və bu proses fəlakətli bir hal alıb.

Deputat bildirib ki, artıq küçəyə çıxmaq təhlükəli hal alıb: “Xalq bütün formalardan istifadə edərək öz etirazını bildirir. Ölkənin gələcəyinə olan ümidlərinə itirən xalq vəziyyətdən çıxış yolu kimi Ermənistanı tərk etməkdə görür”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ